Nazir Habil Məmmədovu departament rəisi vəzifəsindən azad etdi -
Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə yeni rəis təyin edib.
Unikal.org-un məlumatına görə, nazirin əmrinə görə, Vergilər nazirinin müşaviri - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru Əhmədov İlqar İsmayıl oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, 2016-cı ilin fevral ayından Bakı şəhəri Lokal Gəlirlər Departamentinin rəhbər vəzifəsinin müvəqqəti icraçısı vəzifəsi nazirin müşaviri Məmmədov Habil Amil oğluna tapşırılmışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26