Interposta.Info

Çovdarov nazirliyi

Ölkə
 3-04-2017, 11:07     515

Həbsdə olan MTN generalı Akif Çovdarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb

interposta.info
-ın Qafqazinfo-a istinadən verdiyi xəbərə görə, A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib.

İşə ilkin instansiya məhkəməsi olan 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və qərara əsasən iş üzrə icraat dayandırılıb.

A.Çovdarov bu qərardan yuxarı instansiya məhkəməsinə şikayət edib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26