Interposta.Info

Binəqədi məhkəməsində inanılmaz: hakim... - Foto

Gündəm
 30-12-2017, 14:38     10 422

Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Şəmşir oğlu Əliyevin rəhbərlik etdiyi proseslərin ardıcıllığı heyrət doğurub.

Axar.az xəbər verir ki, sosial şəbəkədə dərc edilən cədvəldə hakimin 10 dəqiqədən bir məhkəmə prosesi apardığı əksini tapıb. Belə ki, yayılan cədvəldə hakimin çox sıx qrafiklə işlədiyi, 10 dəqiqə ərzində bir prosesi yekunlaşdırıb, digərinə başladığı görünür.

Cədvəl yayıldıqdan sonra hüquqşünaslar da təəccüblərini gizlətməyiblər. Məsələ ilə bağlı Axar.az-a danışan hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, cədvəldə göstərilən vaxt hakimin iş proseslərinə baxması üçün yetərli deyil:

“Bir prosesə 10 dəqiqə ayrılması həddən artıq azdır. Belə ki, tərəflərin vəsatəti olsa, ya da şahid dinləmə zərurəti olarsa, bu vaxt kifayət etməz. İXM-nin 552-ci maddəsi də buna aiddir”.

Qeyd edək ki, məsələ ilə bağlı Binəqədi Rayon Məhkəməsi bu vaxta qədər redaksiyanın nə şifahi, nə də yazılı müraciətini cavablandırmayıb.

interposta.info

Binəqədi məhkəməsində inanılmaz: hakim... - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26