Interposta.Info

Vaşinqton Səudiyyə Ərəbistanını İranla müharibəyə sövq edə bilərmi?

Gündəm
 8-11-2017, 10:26     4 093

Politoloq: “ABŞ tam şəkildə bölgəyə İsrail vasitəsi ilə nəzarət etmək istəyir”

“Məlum məsələdir ki, bölgədə ABŞ-ın əsas planı ərəb dövlətləri üzərində həyata keçirmək istədiyi “Orta Doğu” projesini davam etdirmək istəyir və bi projenin əsas məqsədi ərəb dövlətlərini ABŞ-dan və İsraildən daha çox asılı vəziyyətə gətirməkdir. Nəticə etibarı ilə də ABŞ İsrailin regiondakı mövqeyini vgə imkanlarını daha da gücləndirmək istəyir”.

interposta.info
xəbər verir ki, bu fikirləri politoloq Arzu Nağıyev Vaşinqtonun Səudiyyə Ərəbistanını İranla müharibəyə sövq etməsini Pia.az-a şərh edərkən deyib.

Xəbər veridyimiz kimi Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Ər Riyada olunan raket hücumundan sonra Səudiyyə Ərbistanı İrana qarşı cavab tədbiri görüləcəyini bəyan edib. Hər şeydən görünür ki, ABŞ son zamanlar İraq və Suriyada İrana qarşı aciz duruma düşüb. İndi İran istər İraqda, istərsə də, Suriyada ABŞ-dan daha güclü və daha nüfuzlu görünür. Hətta İrana qarşı sanksiyalarda artıq təsirsizdir. ABŞ bölgədə nüfuzunu bərpa etmək məqsədi ilə, İranın mövqelərini zəiflətmək zərurəti içindədir və bu durumda ABŞ-ın Səudiyyə Ərəbistanını İranla müharibəyə sövq etməsi daha məntiqli görünür. Trampın Ər Riyada oYəməndən olunan raket hücumunun məsuliyyətini İranın üzərinə qoymasını isə təsadüf hesab etmək olmaz. Məhz ABŞ prezidentinin bu bəyaqnatından sonra Səudiyyə Ərəbistanı raketlərin Yəmənə İran tərəfindən verilməsi barədə fikirlər səsləndirildi. Lakin bir çox ekspertlər həmin raketlərin Yəməndə sovet dşnəmindən qaldığını bildirərək, bu hücumun İranla əlaqəsinin olmadığını bildirirlər.

Yaxın Şərqdə İranın qarşısın alınması üçün Vaşinqton Səudiyyə Ərəbistanını İranla müharibəyə sövq edə bilərmi və belə bir müharibənin nəticələri ABŞ və bölgə dövlətləri üçün nə vəd edir?


Vaşinqton Səudiyyə Ərəbistanını İranla müharibəyə sövq edə bilərmi?

Arzu Nağıyev: “Ər Riyada olunan raket hücumundan ABŞ çox yüksək şəkildə istifadə edir”.


Yaxın Şərqdə tam da olmasa da, ümumi nəzarət ABŞ-da və İsraildə olduğunu qeyd edən politoloq Arzu Nağıyev PİA.AZ-a açıqlamasında bildirib ki, dövlətlərin marağı və onların imkanlarından istifadə edərək terrorçular və üsyançılar Yaxın Şərqdə döyüşü davam etdirilər və bu artıq çoxdan münaqişə deyil, müharibədir:

“Burada bir neçə məqama diqqət yetirmək lazımdır. Birinci məqam odur ki, Ər Riyada olunan raket hücumu heç də İran ərazisindən atəşlənməyib. Ər Riyada atılan raket qonşu dövlət Yəmənin ərazisindən atılıb və İranın dəstəklədiyi üsyançı Hüsülərin atdığı raketdir. Bu raket atılanda da ABŞ həmin raketi vurub. Burada əsas məsələ ondan ibarətdir ki, hər ölkə öz döyüş qabliyyətini göstərməyə çalışır. İran tərəfi raket hücumunun məsuliyyətini öz üzərinə götürə bilməz. Çünki bu artıq böyük çaxnaşmaya və müharibəyə gətirib çıxarda bilər.

Onu da qeyd edim ki, Ər Riyada olunan raket hücumundan ABŞ öz maraqları üçün çox yüksək şəkildə istifadə edir. Bu da o demək deyil ki, ABŞ bölgədə İranın öhdəsindən gələ bilmir. Sadəcə ABŞ İranın həqiqətən də bu məsələlərdə marağı olduğunu bir daha sübut etmək üçün belə bəyanatlarla çıxış edir. Yəni məlum məsələdir ki, Yaxın Şərqdə tam da olmasa da, ümumi nəzarət ABŞ-da və İsraildədirdır.

Arzu Nağıyev: “Yaxın Şərqdə tam da olmasa da, ümumi nəzarət ABŞ-da və İsraildədirdır”.

Son zamanlar Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı olan mübarizə adı altında həyata keçirilən həbslər də, düşünürəm ki, bunun bariz nümuməsi və davamıdır. ABŞ faktiki olaraq özünə qarşı olan fiqurları zərərsizləşdirir.

Bir daha qeyd edirəm, demək olmaz ki, bölgədə ABŞ hanısısa dövlətdən çəkinir. Məlum məsələdir ki, bölgədə ABŞ-ın əsas planı ərəb dövlətləri üzərində həyata keçirmək istədiyi “Orta Doğu” projesini davam etdirmək istəyir və bi projenin əsas məqsədi ərəb dövlətlərini ABŞ-dan və İsraildən daha çox asılı vəziyyətə gətirməkdir. Nəticə etibarı ilə də ABŞ İsrailin regiondakı mövqeyini vgə imkanlarını daha da gücləndirmək istəyir. Ümumillikdə isə ABŞ tam şəkildə bölgəyə İsrail vasitəsi ilə nəzarət etmək istəyir.

İŞİD və digər terror qruplaşmalarını maliyyələşdirdikdən və Suriya məsələsində Rusiya ilə bir nöqtəyə gələ bilməməkdən sonra bu məsələ ABŞ üçün davamdır. Onu da qeyd edim ki, artıq orada müharibə gedir. Bunun adını münaqişə qoysalar da, əgər hər gün minlərlə dinc əhali məhv edilirsə, bu müharibədir. Hər bir dövlətin xüsusi xidmət orqanları və hərbi potensialının inhisarında olan qüvvələr öz arasında döyüşür. Bu o demək deyil ki, dövlətlər bir-biri ilə döyüşür. Amma dövlətlərin marağı və öz vasitələrindən istifadə edərək terrorçular və üsyançılar döyüşü davam etdirilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26