Interposta.Info

Tramp İranı yox etmək üçün

Dünya
 17-02-2017, 07:32     825

Tramp İranı yox etmək üçün

“Barak Obama siyasəti nəticəsində “Ərəb baharı” yarandı və ərəb dövlətlərinin üzərində tətbiq edilməyə başlandı. Hansı dövlətlər ki, həm diktator idi, həm də Amerikayla, Qərblə yola getmirdi. Məsələ ondadır ki, ərəbləri əhatə edəndən sonra gördülər ki, İrana toxuna bilmirlər. Söhbət İranın nüvə silahı, balistik raket yaratmasından, regionda özünə oxşar dövlətlər qurmasından gedir”.
interposta.info xəbər verir ki, bu barədə İlqar Altay Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Tramp hakimiyyətə gələndən sonra yeni siyasət yürüdülür.
“Çoxları düşünürdü ki, Obamanın siyasəti səhvdir. Trampın siyasəti ondan da sərt olacaq. İrana qarşı bu siyasət yürütmək istəyir. İranı açıq-aşkar terrorçu dövlət elan etdi. İran körfəzinə gəmilər yetirdi. Tramp İrana qarşı yeni formatda NATO yaratmaq istəyir. Bu işə başda Səudiyyə Ərəbistanı olmaqla, ərəb dövlətlərini də qatmaq istəyir”, - deyə İlqar Altay bildirib.

Siyasətçi deyir ki, burada iki variant var:

“Biri İsrailin də bura qarışmağı, bir də İsrailin bu işdən kənarlaşdırması. Belə fikirləşirlər ki, İsrailin bu işə qarışması müsəlmanlar içərisində ziddiyyət yarada bilər. Buna Səudiyyə Ərəbistanı müəyyən şərtlər çərçivəsində imkan verir. İsraili bu məsələyə qatmasalar, Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, İordaniya və bir neçə dövlətlər İrana qarşı koalisiya yaratmaq istəyirlər. Bu müsəlman dövlətləri Qərbin, İsrailin qatılmaması şərtilə İrana qarşı mübarizə yaratmaq istəyirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26