Interposta.Info

“Azəravtoyol” işçisi də "kürd dövlətinə" dəstək verdi? – Rəsmi/FOTO

Gündəm
 28-09-2017, 13:10     10 563

Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatar həqiqəti əks etdirmir, Azəravtoyol ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Azəravtoyol ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azəravtoyol İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərəkən deyib.

A.Nəcəfli bildirib ki, KİV nümayəndələri Azəravtoyol ASC ilə bağlı olan hər hansı bir məlumatı dəqiqləşdirməlidirlər:

“Yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı vermək olar. Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq”.

Qeyd edək ki, Azəravtoyol İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılmışdı.

interposta.info Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirən foto görüntünü təqdim edirik.
“Azəravtoyol” işçisi də "kürd dövlətinə" dəstək verdi? – Rəsmi/FOTO
“Azəravtoyol” işçisi də "kürd dövlətinə" dəstək verdi? – Rəsmi/FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26