Interposta.Info

Dəmir Yolları “Azəravtoyol”a birləşdirilir? -

Ölkə
 11-08-2017, 15:07     10 406

Azərbaycan Dəmir Yolları QSC-nin Azəravtoyol ASC-yə birləşdiriləcəyi ilə bağlı heç bir məlumatım yoxdur.

Bu sözləri Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova yayılan məlumata cavab olaraq deyib.

Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edib ki, belə dövlət qurumları ilə bağlı məsələlər prezidentin səlahiyyətindədir:

“Hər-hansı dövlət qurumunun ləğvi, birləşdirilməsi və bu qurumlara rəhbər təyin etmək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətində olan məsələdir. Buna görə də bu məsələlərlə bağlı hər hansı xəbər və şərhlərin heç bir anlamı yoxdur”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” ilə “Azəravtoyol”un birləşdiriləcəyi barədə Musavat.com öz mənbələrinə istinadla məlumat yayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26