Interposta.Info

“Favorit” market velosiped yolunu şəxsi dayanacağa çevirdi -

Gündəm
 7-08-2017, 15:20     10 485

Bura bir neçə gün öncə açılışı olan Binəqədi - Novxanı yoludur. "Azəravtoyol"un təşəbbüsü ilə yolda velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib. Amma təəssüf ki, yolun kənarında olan "Favorit" market velosipedçilərin zolağını "işğal" edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb.
Məlum məsələdir ki, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza riskinin yaranması deməkdir.

interposta.info Publika.az-a istinadən həmin yoldan görüntünü təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26