Interposta.Info

Bakıda inanılmaz qəza (VİDEO)

Ölkə
 11-02-2018, 11:47     10 453

Bakının Yeni Yasamal qəsəbəsində qəribə avtomobil qəzası baş verib.

"XeberBiz" baku.ws-ə istinadən xəbər verir ki, "Kia" markalı maşın məhləarası yolda digər avtomobilin üzərinə düşüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq yolun kənarında dayanan avtomobilə və binaya çırpılıb.

Qəzadan sonra maraqlı görüntü ortaya çıxıb. Sosial şəbəkələrdə xeyli insanın diqqətini çəkən video qısa zamanda minlərlə baxış toplayıb.

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26