Interposta.Info

Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Gündəm
 10-07-2017, 14:39     601

Ötən həftə Dağlıq Qarabağda qoşunların təmas xəttinə yaxın ərazidə baş vermiş qətliama etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.

İyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədinin fotosunu yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə əzilmiş və qana bulaşmış uşaq müqəvvaları qoyublar.

TEAS-dan musavat.com-a verilən məlumata görə, bu rəmzi aksiyanı diaspor üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər.

"Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunmuş “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Ermənilərin mənfurcasına törətdikləri bu vəhşilik Böyük Britaniya, Fransa, Belçika və Avropa Parlamentinin üzvləri, eləcə də BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.

Bu insan faciəsi gündəmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir", - deyə məlumatda bildirilir.

interposta.infoErmənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Ermənistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26