Interposta.Info

Ermənilərin azyaşlı uşağı qətlə yetirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Ölkə
 7-07-2017, 14:25     487

“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi 4 iyul tarixində erməni silahlı birləşmələrinin Azərbaycanın dinc sakinlərə qarşı törətdiyi terror əməlləri ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
interposta.info bildirir ki, bəyanatda belə deyilir:
“Ermənilər tarix boyu Azərbaycan torpaqlarına yiyələnmək istəyib və bu istəyə nail olmaq üçün müxtəlif iyrənc üsullardan istifadə etmişlər.
Əsrlər boyu Azərbaycana qarşı ərazi iddiası irəli sürən ermənilər dinc sakinlərə- uşaqlara, qocalara qarşı terror törətmək planından istifadə ediblər. Belə ki, 90-cı illərin əvvəlində Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salmışlar. Artıq 25 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın cinayətkar rəhbərliyi işğal altında saxladığı ərazilərdə yerləşdirdiyi silahlı birləşmələr tərəfindən daim cəbhəboyu ərazidə yaşayan dinc sakinləri atəşə məruz qoyur. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Ermənistan tərəfi işğalçı siyasətini davam etdirərək, Haaqa konvensiyaların;, Cenevrə Konvensiyasın;, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəti şəkildə pozur. Ermənistan rəhbərliyinin bu kimi cinayətkar fəaliyyətinə beynəlxalq təşkilatların və ictimaiyyətinin göz yumması onların daha da azğınlaşmasına səbəb olur. “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi olaraq üzvlərimiz adından beynəlxalq təşkilatları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsini, törətdiyi cinayətlərə görə beynəlxalq tribunala verilməsini, dinc sakinlərə qarşı törətdiyi qanlı terror hərəkətlərinə görə cavab verməsini tələb edir, beynəlxalq ictimaiyyəti bu cinayətkar əməllərə biganə qalmamağa çağırırıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26