Azərbaycanda “Ətağa“ diplomu da verilir

A24.az-a "Ətağa" diplomunun verilməsi ilə bağlı şəkil göndərilib.
interposta.info xəbər verir ki, diplom "Mir Mövsüm ağa fəxri mükafatı" adı ilə verilir.
Həmin fotonu təqdim edirik.
Xatırladaq ki, bir neçə gün əvvəl xəbər saytlarında "Seyid Ağa" vəsiqələrinin verilməsi barədə məlumat yayılmışdı. Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. Tağıyev Elnur Mirverdi oğlunun seyidliyini təsdiqləyən sənəd QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilmişdi. Sənəd onun imzası və şəxsi möhürü ilə təsdiqlənmişdi.
Qafqaz Müsəlmanları İdarəsindən isə heç bir vətəndaşa bu tip vəsiqənin verilmədiyi qeyd olunmuşdu və "Bu, qazinin şəxsi təşəbbüsü olub. Möhürdən də göründüyü kimi, bu idarənin yox, qazinin möhürüdür", - deyə açıqlama verilmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26