Interposta.Info

Cənub və Aran rayolarında enerjinin verilməsi nə vaxt bərpa olunacaq?

Müxtəlif
 3-07-2018, 13:38     10 393

İyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda baş vermiş partlayış nəticəsində paytaxt Bakı və ölkənin əksər rayonları enerjisiz qalıb. Artıq paytaxtda və bir çox rayonlarda enerjinin verilməsi bərpa edilib, amma hələ də bəzi rayonlarda işıqlar yanmır.

"XeberBiz" xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, paytaxtda enerjinin verilməsi 100, regionlarda 80 faiz bərpa edilib:

"Bakıda enerjinin verilməsi tam bərpa edilib. Şimal və Qərb zonasına daxil olan rayonların 100 faizinə enerji verilir. Mərkəzi Aran və Cənub rayonlarında isə bu 80 faizdir. Yaxın saatlarda bütün rayonlara enerjinin verilməsi bərpa ediləcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26