Interposta.Info

Çempionumuz Türkiyədə niyə güllələnib? -

Gündəm
 16-05-2017, 12:42     959

Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin Türkiyədəki insidentdə güllələnməsinin təfərrüatı məlum olub.

interposta.info xəbər verir ki, BakiPost.az-ın əldə etdiyi məlumata görə, Kastamonu şəhərində baş verən silahlı qarşıdurmanın səbəbi yerli bələdiyyə sədri Tahsin Babaşın oğlu ilə əlaqəli olub.


Belə ki, bələdiyyə sədrinin oğlu Metexan Babaş Kastamonu İdman işləri üzrə müdir vəzifəsində çalışır. Onunla silahlı hücum təşkil edən qrup arasında uzun müddətdir ki, ədavət olduğu bildirilir.
Çempionumuz Türkiyədə niyə güllələnib? -

Tahsin Babaş və oğlu Metexan Babaş

Tərəflərin mübahisəsi ötən gecə daha sərt müstəviyə keçib və silahlı insident yaşanıb. E.Əlizadənin isə bələdiyyə sədrinin yanında olması onun da yaralanması ilə nəticələnib.

Qeyd edək ki, BakiPost.az dünən axşam saatlarında Türkiyədə yaşayan və təhsil alan kikboksçu Eldar Əlizadənin güllələndiyi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Kastamonu bələdiyyə sədri Tahsin Babaşa qarşı silahlı hücum olub. Nəticədə 6 nəfər yaralanıb. Yaralananlar arasında azərbaycanlı kikboksçu Eldar Əlizadə də olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

interposta.info
Çempionumuz Türkiyədə niyə güllələnib? -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26