Interposta.Info

“Yaralandığını bilmirdim, saytdan oxudum” -

Müxtəlif
 16-05-2017, 13:25     579

Türkiyədə silahlı insident zamanı güllə yarası alan Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin atası Eminağa Əlizadə hadisə ilə bağlı danışıb.

BakiPost.az-a açıqlama verən E.Əlizadə oğluyla səhər saatlarında telefon əlaqəsi saxladığını bildirib: "Mənim hadisədən xəbərim yox idi. Sizin saytdan oxudum ki, yaralanıb. Bu gün səhər Eldarın özü ilə danışmışam. Mənə deyir ki, guya heçnə yoxdur. Dediyinə görə heç bir güllə yarası almayıb. Hətta ayaq üstə olan şəkilini də mənə göndərib. Deyir ki, guya hadisə yerində olmayıb. Amma bilirəm ki, gizlətmək üçün belə deyir. Mənim ürəyimdə problem var, buna görə gizlətmək istəyir. Hər bir halda özüylə danışmışam və bilirəm ki, vəziyyəti və səhhəti yaxşıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26