Interposta.Info

Bakıda silahlı dəstə çempiona hücum etdi:

Ölkə
 22-03-2017, 19:11     1 957

Martın 19-da saat 21:40-da bir qrup qocu dəstəsi "Marafon" idman klubuna hücum edib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, 17 nəfərdən ibarət silahlı şəxs həmin vaxt "Marafon" idman klubunda öz qrupu ilə məşq keçən qaydasız döyüş üzrə dünya çempionu Əli Nəcəfi və onun tələbələrinə hücum ediblər.

Hücum nəticəsində zalda məşq edən 4 nəfərin ağır xəsarətlər aldığı, 10 yaşlı uşağın döyüldüyü, bir nəfərin isə qolunun kəsildiyi və çənə sümüyünün qırıldığı bildirilir.

İdman klubuna hücum edən şəxslərin “TT Fight” idman klubundan gəldikləri qeyd olunur. Məlumata görə, dünya çempionu və onun tələbələrinə hücum çəkən qoçu dəstəsinə “TT Fight”-də çalışan Ziyadxan adlı şəxs başçılıq edib.

Hadisəylə bağlı Binəqədi rayon Polis iİdarəsində cinayət işi açılıb və idman klubuna hücum edən şəxslərdən 4-ü həbs olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26