Interposta.Info

“Qarabağın həlli

Gündəm
 16-03-2017, 16:27     515

Dağlıq Qarabağ konfliktində sülh müqaviləsinin imzalanması üçün iki yox, üç tərəf lazımdır.

Axar.az xəbər verir ki, bu sözlər Avropada Təhlükəsizlik və Proqnozlaşdırma İnstitutunun prezidenti Emmanuel Düpüinin "Hafinqton Post” qəzetində dərc edilən məqaləsində yer alıb.

"Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın ikinci böyük şəhəri olan Xocalıda baş verən dəhşətli hadisələri xatırlayır. 26 fevral 1992-ci ildə baş verən faciə zamanı 600 nəfərdən çox insan ölüb. İki barışmaz qonşu arasında olan konflikt Cənubi Qafqazın inkişafı və stabilliyi üçün əngəllər yaradır. Artıq 30 illik status-kvo 1994-cü ildən bu yana nisbətən dondurulmuş konfliktin yenidən 2011-ci ildə olduğu kimi yenilənməsi risklərini yaradır. Bunu keçən ilin aprelində baş verən, onlarla Azərbaycan və Ermənistan hərbçisinin ölümünə səbəb olan toqquşmalar sübut edir. Hazırda konfiliktin həlli ATƏT-in baş qərargahı Vyanadan, Vaşinqtondan və ya Parisdən çox, Moskva, İstanbul, Tehrandadır. Vladimir Putin 2013-cü ilin martında və keçən ilin sentyabrında Sankt-Peterburqda təşəbbüs göstərərək, iki döyüşən tərəfi öz himayəsi altında birləşdirdi. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması bu konfliktdə əsas müəyyənləşdirici faktordur. Rusiyanın konfliktin sülh yolu ilə həllində rolu heç vaxt bu dərəcədə böyük və həlledici olmayıb. Moskvanın sərəncamında bölgədəki situasiyanı dəyişdirəcək təzyiq vasitələri mövcuddur. O, müxtəlif vasitələrlə Bakını KTMT-yə girməyə inandırmağa çalışır. Bakı isə həmişəki kimi imtina edir. KTMT-də olan Ermənistan müasir silahlanma sistemlərindən istifadə edir (xüsusilə, "İsgəndər” raket kompleksləri buraya aiddir – E.D.) və öz ərazisində yüzlərlə rus hərbiçisinin olmasından xeyir götürməyə çalışır. Azərbaycan isə belə "güzəştli şərait”dən istifadə etmir və o, Ermənistanın pulsuz aldığı silahı pulla alır. Tez-tez sülhün bağlanması üçün iki tərəfin vacib olması vurğulanır. Qarabağ konfliktində isə bunun üçün üç tərəf lazımdır. Bu oyunda Suriya böhranında olduğu kimi top Moskvanın meydanındadır”, – deyə o bildirib.

 interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26