Interposta.Info

Pompeodan AXC mesajı: Qarabağın həlli üçün tezliklə...

Siyasət
 28-05-2018, 10:30     10 508

ABŞ Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli yollarının axtarışına bağlı qalır.

Axar.az xəbər verir ki, bu sözlər ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaranışının 100 illiyi bağlı yaydığı bəyanatda yer alıb. O, bəyanatda ABŞ hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqını təbrik etdiyini bildirib. Pompeonun bəyanatında həmçinin AXC-nin ilk müsəlman parlament respublikası və dünyada qadınlara səsvermə hüququ verən ilk respublika olduğu fikirləri də yer alıb:

“1991-ci ildə müstəqilliyinin bərpasından sonra Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşa çevrildi. Biz səbrsizliklə bizim çoxillik əməkdaşlığımızın davamını və təhlükəsizlik, energetika, demokratik idarəetmə sahəsində birgə fəaliyyətimizin dərinləşməsini gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllinin axtarılmasına bağlı qalır və tərəfləri tez bir zamanda intensiv danışıqları yeniləməyə çağırırıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26