Interposta.Info

 

Gündəm
 5-03-2017, 22:19     649

 


interposta.info xəbər verir ki, uzun illərdir Rusiya Federasiyasının subyekti Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşayıb fəaliyyət göstərən, ehtiyatda olan polis zabiti, hüquqşünas, iş adamı, bu bölgədə olan Azərbaycan diasporunun rəhbəri, fəal ictimaiyyətçi Sərraf Sabir oğlu Kərimov günümüzdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanda fəaliyyətinə 15 il öncə başlayan TÜRKEL Fondunun KİV-ləri(Türkel qəzeti, Altın Körpü dərgisi və Golden Bridge News Agentliyi) üzrə Rusiya Federasiyası təmsilçisi təyin olunmuşdur.
Əminik ki, Sərraf Kərimov fəaliyyət göstərəcəyi ölkənin qanunlarına uyğun şəkildə Rusiya Federasiyası ilə Türk Respublikalarımız arasında etibarlı və güvənli körpü rolunu oynamaqla, dostluq, birlik, həmrəylik, işbirliyi kimi əlaqələrin daha da irəliyə aparılması istiqamətində TÜRKEL Fondunun Nizamnaməsinə uyğun şəkildə həyata keçirəcək.
Rusiya Federasiyasının bütün bölgələrində yaşayan və çalışan türksoylu vətəndaşlarımızdan rica edirik ki, bu narahat dünyamızda xalqlarımız arasında sülh, əmin-amanlıq, dostluq və işbirliyini gücləndirmək üçün təmsilçimiz Sərraf Kərimova hər cür dəstək göstərsinlər. Əlbəttə, bu hamımızın məqsəd və vəzifəsi olmalıdır. Güc birlikdədir.
interposta.info-a olaraq Sərraf Kərimovu təbrik edir və uğurlar diləyirik.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26