Interposta.Info

Azərbaycanlı iş adamı silahlı insidentə görə həbs olundu

Gündəm
 27-11-2017, 16:59     10 535

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub.

"XeberBiz" APA-ya istinadən xəbər verir ki, Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.

Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib.

N. Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur.

Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26