Interposta.Info

ABŞ Qarabağda müharibəyə icazə verməyəcək -

Gündəm
 25-02-2017, 14:51     996

ABŞ Qarabağda müharibəyə icazə verməyəcək -

“ABŞ Konqresində erməni problemlərinin həlliylə məşğul olan komitə ABŞ-ın Ermənistanla iqtisadi əlaqələrini inkişaf etdirmək üçün bütün səylərdən istifadə edəcək. Bununla Ermənistanın Rusiyadan olan asılılığı böyük ölçüdə azalacaq”.

interposta.info
“Azadlıq radiosu"na istinadən xəbər verir ki, bu sözləri amerikalı konqresmen Adam Şiff deyib.

Şiff ABŞ-ın Cənubi Qafqaz ölkələriylə münasibətlərinə böyük önəm verdiyini bildirib: “Amerika prezidentinin ailəsinin Türkiyə və Azərbaycanda iqtisadi maraqlarının olmasından narahatıq. Trampın bu ölkələrdə investisiyaları var. Amerika prezidenti regiona bağlı qərar verəcəksə, bu amilləri nəzərə alacağını düşünürük”.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, konqresmen qeyd edib ki, ABŞ bölgədə növbəti müharibəyə icazə verməyəcək: “Amerika təmas xəttində müşahidə kameralarının yerləşdirilməsini istəyir. Biz münaqişənin dinc yolla həllini dəstəkləyirik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26