Interposta.Info

Mübariz Mənsimovdan alqışlanacaq addım —

Gündəm
 13-02-2017, 12:26     992

Mübariz Mənsimovdan alqışlanacaq addım —

Qarabağda gözündən ağır qəlpə yarası alan Mingəçevir şəhərindən hərbi xidmətə yollanan Qoşqar Hacıyev bir müddət öncə imkanlı şəxslərdən kömək istəmişdi

"Ölkə.Az"-ın məlumatına görə, tanınmış iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov yaralı əsgərimizin bütün müalicə xərclərini öz üzərinə götürüb.

Belə ki, Azərbaycanlı iş adamı M.Mənsimov Qarabağda gözündən ağır qəlpə yarası alan Mingəçevir sakini Qoşqar Hacıyevin müalicə xərclərini qarşılayacaq.

Xatırladaq ki, bu, tanınmış iş adamının ilk belə addımı deyil. O, həmçinin bir neçə il öncə tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovun da müalicə xərclərini öz üzərinə götürmüş, sənətçini şəxsi təyyarəsiylə Türkiyəyə müalicəyə aparmışdı.

Qeyd edək ki, 1968-ci ildə Bakıda anadan olan Mübariz Mənsimov Türkiyənin iyirmi milyardçısından biri hesab edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26