Interposta.Info

Mübariz Mənsimovun həbs xəbəri təsdiqləndi (AÇIQLAMA/YENİLƏNİB)

Müxtəlif / Manşet
 15-03-2020, 13:35     1 547

"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

12.25

"Palmali Holdinq"in sahibi, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə həbs olunub.


Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

İddia olunub ki, İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində azərbaycanlı iş adamı səhər saatlarında İstanbul Maliyyə Cinayətlərinə qarşı Mübarizə şöbəsi tərəfindən saxlanılıb. Mənsimovun adresində axtarış aparılıb.

İddiaya görə, Mübariz Mənsimov FETÖ ilə əməkdaşlıqla ittiham olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26