Interposta.Info

Mübariz Mənsimov Ağdaş sakinini Türkiyəyə gətirdir

Ölkə
 3-05-2019, 11:50     10 508

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov üzü tanınmaz hala düşən Ağdaş rayon sakini Ramin Məmmədova yardım edəcək.

Bu barədə iş adamı Yeniavaz.com-un əməkdaşına şəxsən özü xəbər verib. M. Mənsimov sabah Ramin Məmmədovla əlaqə qurulacağını və Türkiyəyə aparılacağını deyib: "Mutlaka yardım edeceğim. İnşallah yarın onu arayacaklar və İstanbula getirecekler".

Xatırladaq ki, R. Məmmədovun üzünün sol nahiyəsində böyük şiş əmələ gəlib. Getdikcə daha da böyüyən şiş onu tanınmaz hala salıb. Bakıda fəhləliklə pul qazanan R. Məmmədov artıq uzun müddətdir xəstəlik səbəbilə işləyə bilmir O, Yeniavaz.com vasitəsilə xeyirxah insanlardan yardım istəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26