Interposta.Info

Həyatı təhlükədə olan neftçilərdən

Gündəm
 8-02-2017, 16:10     626

Həyatı təhlükədə olan neftçilərdən

"Neft daşları”nda həyatları təhlükədə olan 300-dən çox neftçi sahilə çıxarılıb.

interposta.info xəbər verir ki, bu barədə BakiPost.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, neftçilər bu gün səhər saat 07:00 radələrində sahilə gətirilin:
"Bu gün də, dünən də eyni hava idi. Amma dünən 300-dən yuxarı insanı sahilə çıxarmadılar. Yenə də küləyi bəhanə etdilər. Düşünürəm ki, onları məsul şəxslər yox, daima şər atdıqları üçün elə külək özü cəzalandıracaq. Dünən niyə onları çıxarmadılar? Bir gün də onları orada saxladılar. Bu hava bəhanəsi idisə, bu gün hava dünənkindən də pisdir. Sabit hava ola-ola neftçiləri sahilə çıxarmırlar. Niyə köhnə gəmilərdən istifadə edirlər? Bu təhlükəlidir. "PSK” altı düz, çay gəmiləri də çox narahatdır. Neft Şirkətinin pulu xərcləmədiyi yer yoxdur. Amma neftçilərin qeydinə qalmırlar. Neft Şirkəti nə vaxta kimi insan faktorunu yadından çıxardacaq?”

Mirvari Qəhrəmanlı qeyd edib ki, arada gəmilərdən istifadə müddətinə nəzarət olunsa, yaxşı olardı:
"Bu gün səhər saat 07:00-da çıxıblar. Amma işçilərin hamısı gəmiyə minə bilməyib. Gəmi 500 nəfərlik olmasına baxmayaraq 300 işçini götürüblər. Çünki "Sabit Orucov” sərnişin gəmisi artıq 30 ilin gəmisidir.

BP kimi onlar da neftçilər üçün yeni gəmi sifariş verməlidir. Dövlər Neft Şirkəti sifariş verə bilmirsə, bu barədə Xəzər Dəniz Gəmiçiliyi-CMS Alyansı düşünməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26