Interposta.Info

Küləkli havada dənizə aparılan neftçilərdən

Ölkə
 31-03-2017, 20:56     724

Küləkli hava şəraiti ilə bağlı Xəzər dənizindəki platformalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

interposta.info
Lent.az-a istinadən xəbər verir ki, dalğaların hündürlüyünün artması səbəbindən dənizdə gəmilərin hərəkəti məhdudlaşdırılıb. Neftçiləri isə yalnız helikopterlər vasitəsi ilə platformalara daşımaq mümkündür.

Adi günlərdə dənizdəki platformalara maksimum 5 helikopter uçuşu nəzərdə tutulsa da, bu gün 3 uçuş planlaşdırılır: "Helikopter xidmətini göstərən şirkət icazə verildiyi halda dənizə uçuşların mümkün olduğunu bildirib və bugünə 3 reys planlaşdırılıb. Reyslərdən ikisi günortaya kimi, digəri isə günortadan sonra baş tutacaq və neftçilərimizin rutin növbə dəyişməsini həyata keçirəcək. Bununla belə neft platformalarında bütün təhlükəsizlik tədbirləri yerinə yetirilir”.

Qeyd edək ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı neftçilərin adi günlərdə olduğu kimi Zabrat hava limanına çağırıldılğını, uçuş olmasa da, burada gözləməli olduqlarının bildirildiyini deyib

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26