Interposta.Info

“7 ton kürünü Bakı səmasından yerə tökdülər” -

Gündəm
 24-01-2017, 07:36     1 823

“7 ton kürünü Bakı səmasından yerə tökdülər” -

Məlum olduğu kimi, bu gün kürünün 1 kiloqramının qiyməti təxminən 1000 manat civarındadır.

Bir neçə il əvvəl 20-30 manata satılan və əhalinin hər təqəbəsinin asanlıqla istehlak edə bildiyi kürünün qiyməti zamanla artaraq gəlib bu həddə çatıb.

Bəs kürünün qiymətinin bu qədər artmasının və bütün dünyada ən bahalı ərzaq məhsullarından olmasının səbəbi nədir?

interposta.info bildirir ki, BakiPost.az bu sualla Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.
“7 ton kürünü Bakı səmasından yerə tökdülər” -


Ekspert bildirib ki, bu, dünyada kürüyə tələbatın çox, təklifin isə az olmasıyla bağlıdır:
"Azərbaycan kürüsü bu gün xaricə ixrac olunur. Və ixrac olunan kürünün qiyməti ölkənin daxili bazarındakından çox bahadır. Çünki tələbat çoxdur. Təklif də azdır. Tələbatın çox, təklifin az olduğu şəraitdə mütləq qiymət artır, bazar qanunları ilə tənzimlənir. Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunur. Ona görə dünya bazarı ilə ayaqlaşmağa məcburdur. Kürü məsələsində də bunu etməyə məcburdur. Ümumiyyətlə, dünya bazarında nəsə baha olsa, Azərbaycanda da həmin şey baha olacaq. Bu məsələ dünya miqyasında həll olunmalıdır.
İldən-ilə kürü institutları qurtarır. Balıqlar da azalır. Amma varlı adamın iştahı və tələbi artır. Ona görə də xarici ölkələrdə və ölkəmizdə kürünün qiyməti bahadır.

Gərək süni göllər yaradılsın”.

“7 ton kürünü Bakı səmasından yerə tökdülər” -

E. Hüseynov bir neçə il əvvəl kürü ilə bağlı baş vermiş hadisəni xatırladıb:
"Azərbaycanda kürü 20-30 manata olanda, xaricdə 4 000 dollara satılırdı. Amma o, İran kürüsü idi. 18 il əvvəl Bakının üzərindən 7 ton qara kürü buraxılıb. Kimsə həmin kürünü xaricə aparmaq istəyirdi. Bunu bilən kimi təyyarənin qapısını açıb, həmin 7 ton kürünü Bakının səmasından yerə tökdülər. Ondan sonra isə Avropa nümayəndələri Azərbaycana dəvət olundu. Onlar ölkəmizdə təmiz və təhlükəsiz kürünün istehsalına nail oldular. Bu məsələdən sonra Azərbaycan Avropa bazarlarına kürü ixrac etməyə başladı”.

Eyyub Hüseynov əlavə edib ki, Azərbaycan hökuməti xüsusi bir siyasət aparsa, ixracı saxlasa, kürünün qiyməti 50 faiz ucuzlaşa bilər.

Birlik sədri qeyd edib ki, təbii kürünün qiyməti artdıqca, yerini süni kürü tutur:
“7 ton kürünü Bakı səmasından yerə tökdülər” -


"Azərbaycanda da balığa heç bir aidiyyəti olmayan süni kürü istehsal olunur. Artıq 20 ilə yaxındır ki, süni kürü var. Bizim birliyimiz ona nail oldu ki, həmin süni kürü qablarının üzərindən nərə balığının şəkli götürüldü. Həştərxandan, Rusiyadan gələn kürülərin üzərində nərə balığı şəkli var. Həmin kürülər sünidir. Onlar mütləq şəkildə yığışdırılmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26