Alla Puqaçova səhhətindən danışdı: "Dörd ay hərəkətsiz qaldım"
Rusiyanı tərk edərək həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə xaricdə yaşayan tanınmış müğənni Alla Puqaçova səhhəti ilə bağlı yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, hazırda Latviyada olan 77 yaşlı sənətçi son vaxtlar əlində əsaya söykənərək gəzməsi ilə diqqət çəkmişdi. Bu isə pərəstişkarları arasında onun sağlamlığı ilə bağlı narahatlıq yaratmışdı.
Puqaçova açıqlamasında bildirib ki, yaxın vaxtlarda bud-çanaq oynağını sındırdığı üçün dörd ay ərzində demək olar ki, hərəkətsiz qalıb.
"Bud-çanaq oynağım sındığı üçün dörd ay hərəkətsiz qaldım. Bu, çox ağır dövr idi. Hətta altı ay yataqda qala bilərdim", deyə o, Rusiya mətbuatına bildirib.
Xalq artistinin sözlərinə görə, ona iradəsinin güclü olmasının sağalma prosesində həlledici rol oynayacağı bildirilib. Bundan sonra o, ağrılara baxmayaraq, əsanın köməyi ilə yenidən yeriməyə başlayıb.
"Yavaş-yavaş ayağa qalxmağa başladım. Ağrıya baxmayaraq, əsaya söykənərək yeriyirəm. İndi də ağrılar var, amma addım-addım irəliləyirəm. Bütün bunları keçirmək çox çətin idi, amma özümü ələ aldım. İnsan özünə inanmalıdır. Əsa ilə özümü daha rahat hiss edirəm", deyə Puqaçova zarafatla əlavə edib.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




