Azərbaycan güləşçisi dünya çempionatının finalında
Bakıda güləş üzrə U-17 dünya çempionatı keçirilir.
Goldmedia.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov yarışda finala yüksəlib.
80 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusu(4:2) məğlub edib.
Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə yarımfinalda uduzublar. Onlar sabah bürünc medal urunda görüşə çıxacaqlar.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




