Pakistanın BMT-dəki səfiri: Ölkəmiz suverenliyini müdafiə etməyə hazırdır

Pakistan Hindistanla gərginliyin artması fonunda öz müstəqilliyini qorumağa hazırdır.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.
"Vurğulayıram: Pakistan eskalasiyaya can atmır. Bu, siyasi rəhbərliyimizin bütün səviyyələrdə aydın mövqeyidir. Eyni zamanda, biz suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etməyə tam hazırıq", - diplomat bildirib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26