Interposta.Info

Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
 

Dünya
 20-12-2024, 17:31     38 867

"Türkiyə hökumət qurumlarının yaradılmasında və konstitusiya hazırlanmasında Suriyaya kömək edəcək".

"İnterPosta"Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

Türkiyə lideri vurğulayıb ki, rəsmi Ankara Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən onların lideri Əhməd əş-Şaraa (Əbu Məhəmməd əl-Culani - red.) ilə məsləhətləşmələrə başlayıb.

Türkiyə lideri əlavə edib ki, yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.

"Biz onları (Suriyanın yeni hakimiyyətini nəzərdə tutur - red.) tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar", - deyə R.T.Ərdoğan qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26