Interposta.Info

Bayden yaşayırmı? - Mask onun sağlamlığını şübhə altına aldı

Dünya
 1-08-2024, 12:29     44 397

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Co Baydenin hazırda harada olduğu və onunla bağlı hər şeyin qaydasında olub-olmaması ilə maraqlanıb.

"İnterPosta"xəbər verir ki, o, X sosial şəbəkəsində (keçmiş Twitter) müvafiq məzmunlu yazı dərc edib.

Platforma istifadəçilərindən biri qeyd edib ki, dövlət başçısı çox nadir hallarda ictimaiyyət qarşısına çıxmağa başlayıb. O, abunəçilərdən Ağ Evin hazırkı sahibinin sağ olub-olmadığını soruşub.

Nəticədə, X-in sahibinin özü də şərhlərdə çiyinlərini çəkən smaylik qoyub.

İyunun 21-də Bayden noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilmək qərarına gəldiyini açıqlayıb. Bundan sonra siyasətçi ictimai çıxışlarının sayını azaldıb.

Bu vəziyyət jurnalistləri maraqlandırıb. İyulun 31-də Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin keçirdiyi brifinq zamanı jurnalistlər ondan vəziyyəti şərh etməyi xahiş ediblər. Bununla belə, ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, dövlət başçısı öz vəzifələrini yerinə yetirməkdə davam edir və həftənin sonuna qədər ictimai tədbirdə iştirak etmək niyyətindədir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26