Interposta.Info

İlon Mask mobil rabitədən imtina edəcək

Dünya
 9-02-2024, 19:11     46 561


Amerikalı milyarder İlon Mask mobil rabitədən imtina edərək, X sosial şəbəkəsində ünsiyyətə keçmək niyyətində olduğunu bildirib.

Milyarder bu barədə öz hesabında məlumat verib.

"Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və yalnız X-dən mətn, audio və video zənglər üçün yararlanacam", deyə Mask bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, sahibkar İlon Maskın innovasiyasını dayandırmaq olmaz. Rusiya lideri Maskı ziyalı adlandırıb və milyarderlə razılaşmanın lazım olduğunu deyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26