Interposta.Info

"Bizim cavabımız gələcək və sərt olacaq” - Netanyahu

Dünya
 30-07-2024, 09:19     23 291

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla sərhəddəki Colan Təpəliklərinə gedib.

"Qafqazinfo” "The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Netanyahu beynəlxalq ictimaiyyətin İsrailin təmkinli olması çağırışları fonunda "Hizbullah”ın 12 uşağın ölümü ilə nəticələnən zərbəsinə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

"Bu uşaqlar bizim övladlarımızdır, onlar hamımızın övladlarıdır. İsrail bunu cavabsız qoymayacaq və qoya da bilməz. Bizim cavabımız gələcək və sərt olacaq”, - deyə Netanyahu deyib.

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələri atəşə tutulub. Atılan raketlərdən biri həmin vaxt Məcdəl Şəmsdə uşaqların oynadığı futbol meydançasında partlayıb, nəticədə 12 uşaq həlak olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26