Interposta.Info

Netanyahunun oğlundan qalmaqallı açıqlama...

Dünya
 16-12-2018, 11:58     10 464

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu qalmaqal yaradacaq açıqlama verib.

“Yəhudilər, ya da müsəlmanlar Fələstin torpaqlarını tamamilə tərk etməsə, bu bölgədə heç zaman sülh olmayacaq. Mənim şəxsi fikrimə gəldikdə isə, ikincisini seçərdim” – deyə bu barədə özünün facebook profilində yazıb.

Bölgəyə barışın gəlməsi üçün iki seçənəyin olduğunu bildirən Yair Netanyahu, özünün fikirləri ilə fələstinli müsəlmanları bu torpaqlarda istəmədiyini açıq şəkildə göstərib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun 27 yaşlı oğlu Yair Netanyahu bundan əvvəl də dünya gündəmində qalmaqala səbəb olacaq mesajlar vermişdi./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26