Interposta.Info

Putin Belarusu nüvə təlimlərinə cəlb etməyi planlaşdırır

Dünya
 24-05-2024, 11:45     51 034


Rusiya prezidenti Vladimir Putin Belarusa səfəri zamanı Aleksandr Lukaşenko ilə təhlükəsizlik məsələlərini, o cümlədən Belarus tərəfinin qeyri-strateji nüvə silahları ilə təlimlərdə iştirakını müzakirə etmək niyyətində olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın RİA Novosti agentliyi yazır.

"Gəlin təlimlərin ikinci mərhələsindən danışaq. Bu, belaruslu dostlarımızın, hərbi sahədəki həmkarlarımızın bu tədbirlərdə birbaşa iştirakı ilə bağlıdır", - Putin deyib.

Cümə axşamı axşam Rusiya rəhbərinin təyyarəsi Belarus paytaxtının hava limanına enib.

Belarus liderinin mətbuat xidmətinin məlumatına görə, mayın 24-də Minskdəki Müstəqillik Sarayında əvvəlcə dar, sonra isə geniş tərkibdə danışıqlar baş tutacaq.

Keçən ay Belarus yeni hərbi doktrina qəbul edib və ilk dəfə olaraq nüvə silahından istifadəni nəzərdə tutur.
Məlum olduğu kimi, Minsk və Moskva arasında razılaşma əsasında Rusiyanın taktiki nüvə silahları Belarus ərazisində yerləşir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26