Interposta.Info

Lukaşenko rus qoşunlarının Belarusa girməsinə münasibət bildirdi

Ölkə
 28-08-2020, 17:42     826

"Biz onlara sanksiyaların nə olduğunu göstərəcəyik".

Qaynarinfo BelTa- ya istinadla xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin Minskə sanksiyalarından danışarkən deyib.

Onun sözlərinə görə, mallarını Çin və Rusiyaya Belarus vasitəsi ilə "ötürən" Polşa və Litva bundan sonra zəhmət çəkib Baltik dənizi və ya Qara dənizdən keçərlər.

Lukaşenko ölkəsinin "alovlanacağı” təqdirdə Avropa ölkələrini başlarına gələcəklər barədə düşünməyə də çağırıb. O, Avropaya səslənib: "Sakitləşin və başınızı əlinizə alın”.

O, Rus qoşunlarının Belarusa daxil olmasının mümkünlüyünə də münasibət bildirib:

"Dünən qonşumuz və mənim yaxşı dostumun (Rusiya Prezidenti Vladimir Putin – Qaynarinfo.az) açıqlamasını eşitdiniz. Bu, rusların Belarusu qorumaq istədikləri üçün deyil. Eşidin, biz özümüz-özümüzü müdafiə edəcəyik. Ancaq Rusiya prezidenti və mən çağırış edəriksə, nələrin baş verəcəyini başa düşürük”.
Siyasətçinin fikrincə, ölkəsi özgə problemlərinin həll olunduğu hərbi əməliyyatlar teatrına çevrilə bilər:

"Belarus, həmişə olduğu kimi, Rusiya üçün bir tramplindir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26