Interposta.Info

Andrey Yermak: “Ukrayna üçün kritik an gəlib”
 

Dünya
 5-04-2024, 11:43     42 593

“Ukrayna Silahlı Qüvvələrində silah çatışmazlığı və Kiyevə yardım paketinin ayrılması ilə bağlı ABŞ Konqresində davam edən müzakirələr fonunda Ukrayna üçün kritik an gəlir”.

Bu sözləri Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib.

“Mən həqiqətən ümid edirəm ki, ABŞ-nin Ukraynaya yardımı haqqında qanun layihəsi bu ay qəbul olunacaq, çünki Ukrayna kritik məqama yaxınlaşır”, - deyə ofisin rəhbəri bildirib.

Ermakın sözlərinə görə, Ukrayna xüsusilə əlavə hava hücumundan müdafiə sistemlərinə, eləcə də “Patriot” zenit-raket sistemləri üçün raketlərə böyük ehtiyac duyur.

“Bizim üçün problem vaxtdır. Vurğulamaq istəyirəm ki, indi kritik məqamdır. ABŞ yardımı paketinin bu ay təsdiqlənməsi çox vacibdir”, - deyə o təkrar vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26