Interposta.Info

Ukrayna müharibəsində vacib fiqur qalmaqallı bəyanatından sonra istefa verdi

Dünya
 17-01-2023, 14:33     241

Ukrayna prezident ofisinin ştatdankənar müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb. Bu, onun Dneprdə binaya raketin düşməsi ilə bağlı geniş rezonans doğuran bəyanatından sonra baş verib.

Bu barədə "İnterPosta" Aretoviçin Facebook səhifəsinə istinadən xəbər ">verir.

O, istefa ərizəsini sosial şəbəkədə yerləşdirib.

"İstefa ərizəsi yazdım. Mən sivil davranış nümunəsi göstərmək istəyirəm: fundamental səhv, deməli, istefa olmalıdır", - Aretoviç yazıb.
Xatırladaq ki, Aleksey Arestoviç Dneprdə yaşayış binasının üstünə düşən Rusiya raketinin Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurularaq evə düşə biləcəyi iddiasını irəli sürmüşdü. Onun bu bəyanatı böyük qalmaqala səbəb olub.

Buna cavab olaraq Ukrayna SQ-nin Hava qüvvələri müşavirin iddiasını təkzib edib. Bildirilib ki, Dneprdəki bina X-22 tipli raketlə vurulub və Ukrayna Silahlı Qüvvələrində bu tip raketləri vurmağa qadir olan sistemlər yoxdur. Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü başlayandan indiyədək bu tipli 210-dan çox raket atılıb. Onların heç biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmayıb.

Dünən Arestoviç "Feyqin live” Youtube kanalında bu bəyanatına görə vəfat edən şəxslərin yaxınlarından və bütün Ukrayna xalqından üzr istəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26