Interposta.Info

Gürcüstanın hakim partiyası ABŞ-dan sanksiyaların ləğvini tələb edir
 

Dünya
 2-04-2024, 19:24     36 579

Hakim "Gürcü Arzusu” partiyası bir neçə gürcü hakimə qarşı sanksiyaların ləğvi tələbi ilə ABŞ səfirliyinə müraciət edib.

"İnterPosta""SOVA” layihəsinə istinadən xəbər verir ki, bunu partiyanın parlament çoxluğunun lideri və icraçı katibi Mamuka Mdinaradze deyib.

Onun sözlərinə görə, hakimiyyətdə olan partiya bu məsələdə qətiyyətlidir. O qeyd edib ki, Tbilisi hələ də hakimlərə qarşı sanksiyaların tətbiqinin məqsədəuyğunluğunu göstərən sübutlar almayıb.

"Əgər hər hansı bir şey anti-Amerika, anti-Qərb əhval-ruhiyyəsini alovlandıra bilərsə, bu, hakimlərə qarşı sanksiyaların tətbiqi kimi əsassız qərarlardır. Ona görə də biz qəti şəkildə onlardan (ABŞ-dan) sanksiyaları ləğv etməyi və heç bir ləyaqətsiz və şər subyektin bu faktı manipulyasiya etməsinə imkan verməməyi tələb edirik", - Mdinaradze bildirib.

O, səfir Robin Dunniqanın fəaliyyəti dövründə bu məsələnin "obyektiv həllini tapacağına” və ABŞ-ın gürcü hakimlərə qarşı sanksiyalarının aradan qaldırılacağına ümid etdiyini bildirib.

"İndiyədək biz bu sanksiyaların aktuallığını, hətta onların tətbiqi üçün ilkin şərtləri və real əsasları əks etdirən dəlil görməmişik”, - Mdinaradze əlavə edib.

O əlavə edib ki, bir neçə hakimə qarşı "əsassız sanksiyalar” "ictimai sektorun, Vahid Milli Hərəkatın və onun müxtəlif qollarının sıravi nümayəndələrinin əl atdığı məhkəməyə qarşı gizli kampaniyaya” təkan verir.

Xatırladaq ki, ötən ilin aprelində ABŞ Dövlət Departamenti Gürcüstan-Amerika münasibətləri tarixində ilk dəfə olaraq sanksiya mexanizmindən istifadə edərək, üç hazırkı və bir keçmiş gürcü hakiminə qarşı sanksiya tətbiq edib.

Onlar "Gürcüstanın məhkəmə sisteminə qanunun aliliyini və ictimai inamı sarsıtmaqda” ittiham olunublar. Dörd gürcü hakim və onların ailə üzvləri üçün viza məhdudiyyəti "irimiqyaslı korrupsiyada iştirak etdiklərinə görə” tətbiq edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26