Interposta.Info

Ukrayna Rusiyanın hücumunu dayandırıb, ancaq bir ay sonra...– Zelenski

Dünya
 12-03-2024, 09:36     22 626

Ukrayna müdafiəçiləri Rusiya işğalçılarının irəliləməsini dayandıra biliblər. Vəziyyət xeyli yaxşılaşıb.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BFM TV-yə müsahibəsində deyib.

Ukrayna dövlət başçısının sözlərinə görə, cəbhədəki vəziyyət "son üç ayla müqayisədə” xeyli yaxşıdır.

"Artilleriya döyüş sursatlarının çatışmazlığı, hava blokadası, Rusiyanın uzaqmənzilli silahları və Rusiya pilotsuz uçuş aparatlarının sıxlığı səbəbindən çətinliklər yaşadıq”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, "Rusiyanın hücumu dayandırılıb” və onun ordusu "çoxlu canlı qüvvəsini itirmək prosesindədir”.

Lakin Zelenski xəbərdarlıq edib ki, Ukrayna kifayət qədər yardım almazsa, belə bir bəyanat "bir ay və ya bir həftə ərzində” aktuallığını itirə bilər.

Avdeyevka ətrafında yaranmış vəziyyəti şərh edən Ukrayna prezidenti deyib ki, rusiyalılar onu ələ keçirməyiblər, sadəcə olaraq şəhəri dağıdıb, sonra içəri daxil olublar.

Bu baxımdan dövlət başçısı Rusiyanın uzaqmənzilli silahlarda üstünlüyünə diqqət çəkib və Qərb dövlətlərini Ukraynanı belə silahlarla təmin etməyə çağırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26