Interposta.Info

Netanyahu İsrail həbsxanalarında minlərlə yeni yerin hazırlanmasına tapşırıq verdi

 

Dünya
 11-03-2024, 14:58     22 534

İsrailin baş naziri Benyamin Netanyahu hökumətə İsrail həbsxanalarında minlərlə yeni məhbus və saxlanılanlar üçün yerlər hazırlamağı tapşırıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

"The Times of Israel”in məlumatına görə, Fələstinin HƏMAS hərəkatı ilə müharibə başlayandan bəri İsrail əksəriyyəti Qəzza zolağında olmaqla 4 minə yaxın terrorla bağlı şübhəlini həbs edib.

Netanyahu müvafiq göstərişi İsrail ordusu və təhlükəsizlik xidməti ilə görüşündə verib. Nazirliklərarası görüşdə səlahiyyətlilər bir il ərzində Qəzza zolağı və İordan çayının qərb sahilində minlərlə şübhəli və yaraqlının həbs ediləcəyi qənaətinə gəliblər. Bu yerlər əvvəlcədən hazırlanmasa, İsrail həbsxanalarında yer çatışmazlığına səbəb olacaq./qaynarinfo.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26