Interposta.Info

NYT: Karlsonun Putinlə müsahibəsi ABŞ-da siyasi parçalanmanı daha da gücləndirəcək

Dünya
 7-02-2024, 15:32     29 162

Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist və Fox News telekanalının keçmiş aparıcısı Taker Karlsonla müsahibəsi dövlətin Ukrayna ilə bağlı gələcək strategiyası ilə bağlı ABŞ daxilində siyasi fikir ayrılıqlarına səbəb ola bilər.

"İnterPosta" xəbər verir ki, bu barədə The New York Times məlumat https://www.nytimes.com/2024/02/06/world/europe/tucker-carlson-putin.html yayıb.

"Müsahibə Birləşmiş Ştatlar daxilində Ukrayna ilə bağlı siyasi fikir ayrılıqlarını alovlandıra bilər, xüsusən də cənab Putin müharibəni danışıqlar yolu ilə bitirməyə hazır olduğunu açıq şəkildə bildirərsə”, - nəşr yazır.

Qeyd olunur ki, Karlson ABŞ-ın keçmiş prezidenti Donald Tramp kimi Amerikanın Ukraynaya gələcək dəstəyinə şübhə ilə yanaşır. Bundan əlavə, qəzet yazır ki, o, Putinin özünü ənənəvi dəyərlərin "qlobal standart daşıyıcısı” kimi göstərmək cəhdlərini dəstəkləyir.

Bundan əvvəl Karlson ABŞ sakinlərinin Rusiya Federasiyası və Ukraynadakı vəziyyətlə bağlı heç nə bilmədiyi üçün Putindən müsahibə götürmək qərarına gəldiyini iddia edib və Putinlə müsahibəyə görə özünü günahkar hiss etmədiyini bildirib.

"Amerikalı jurnalist Taker Karlsonun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə gələcək müsahibəsi əsl jurnalistikadır”.

Bu fikri isə ABŞ Respublikaçılar Partiyasından olan konqresmenlər bildiriblər.

"Taker Karlsonun işi əsl jurnalistikadır", - Konqresmen Marjorie Taylor-Green deyib.

Eyni zamanda o əlavə edib ki, X sosial şəbəkəsinin sahibi İlon Maskın amerikalı müxbirin Rusiya Federasiyasının prezidenti ilə müsahibəsini bloklamamaq qərarı "söz və mətbuat azadlığını qoruyur”.

Respublikaçı Matt Gaetz öz növbəsində Karlsonun X-dəki videosunu "əsl jurnalistika” sözləri ilə təqdim edib.

Amerikanın keçmiş Fox News kanalının aparıcısı Taker Karlson Rusiyaya fevralın əvvəlində gəlib, o, səfərinin məqsədini əvvəlcədən açıqlamayıb. Bir sıra KİV-lər jurnalistin Rusiya prezidenti Vladimir Putindən müsahibə almağı planlaşdırdığını irəli sürüb. Fevralın 6-da Karlsonun özü bu şayiələri təsdiqləyərək Moskvaya səfərin pulunu rəsmilərin və ya digər qrupların dəstəyi olmadan təkbaşına ödədiyini açıqlayıb. O, söz verib ki, Rusiya prezidenti ilə müsahibəni hər kəs onun saytında redaktəsiz versiyada pulsuz izləyə biləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26