Interposta.Info

Şolts Putinlə Ukrayna ilə bağlı danışıqları planlaşdırır

Dünya
 26-05-2023, 15:00     274

Almaniya kansleri Olaf Şolts "uyğun vaxtda” Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq və Ukrayna münaqişəsini müzakirə etmək planlarını açıqlayıb.

Şolts və Putin sonuncu dəfə 2022-ci il dekabrın 2-də telefonla danışıblar, söhbət bir saat davam edib.

Qaynarinfo xəbər verir ki, Kolner Stadt-Anzeiger-ə müsahibəsi çərçivəsində Olaf Şoltsdan Rusiya prezidenti ilə əlaqə saxlayıb-yaxmadığını soruşublar. "Son zəngimdən xeyli vaxt keçib. Amma mən uyğun vaxtda Putinlə yenidən danışmaq niyyətindəyəm”, - deyə Şolts cavab verib.

Eyni zamanda Olaf Şolts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib. O, NATO ilə Rusiya arasında birbaşa münaqişənin qarşısını almaq üçün hər şeyi etmək niyyətində olduğunu vurğulayıb.

Xatırladaq ki, Olaf Şoltsla Vladimir Putin arasında sonuncu dəfə ötən il dekabrın 2-də telefon danışığı olub. 2023-cü ilin yanvarında Almaniya hökuməti Rusiya ilə təmaslardan imtina etmək niyyətində olmadıqlarını açıqlayıb. Fevralda kansler özü də eyni mövqeni səsləndirib. Olaf Şolts qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatla bağlı fikir ayrılığına baxmayaraq, Vladimir Putinlə əlaqələri davam etdirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26