Interposta.Info

Şolts: “Almaniya Ukrayna üçün “Marşal planı” hazırlayır”

Dünya
 23-06-2022, 10:07     85

Almaniya Ukrayna üçün “Marşal planı” layihəsini hazırlayır, plan G7 üzvləri ilə müzakirə olunacaq.

Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

O.Şolts bildirib ki, Ukraynanın yenidən qurulması üçün uzun illər lazım olacaq və bunun üçün milyardlarla dollar vəsaitə ehtiyac var.

“Plan yalnız Avropa ölkələri birlikdə işləsə, nəticə verə bilər”, - deyə Almaniya kansleri vurğulayıb.

Qeyd edək ki, ABŞ İkinci Dünya müharibəsindən sonra ciddi zərər görmüş Avropa ölkələrinə “Marşal planı” çərçivəsində milyardlarla dollar vəsait ayırıb./Segodnya/oxu

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26