Interposta.Info

Olaf Şoltsdan Putinə: “Öz ölkənizin gələcəyini məhv edirsiniz”

Ölkə
 9-04-2022, 19:39     356

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Qaynarinfo xəbər verir ki, Lübekdə keçirilən Sosial Demokrat Partiyasının seçki mitinqində çıxış edən kansler Putin imperiya təfəkkürü ilə xarakterizə edib: "Bu, bizə 17, 18, 19-cu və digər əsrlərdən tanışdır".

Putinə xitabən "Siz öz ölkənizin gələcəyini məhv edirsiniz” deyən Olaf Şolts Rusiya prezidentini atəşi dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağıraraq, Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi inkişafına ciddi təsir etdiyini bildirib.

Almaniya kansleri həmçinin Kremli əmin edib ki, Berlin Ukraynaya müdafiə silahlarını ötürməyə davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26