Interposta.Info

Aİ Macarıstana qarşı sərt addımlar atmağı düşünür - "Bloomberg"

Dünya
 23-01-2024, 13:17     20 682

Baş nazir Viktor Orban fevralın 1-də keçiriləcək sammitdə Ukraynaya 50 milyard avroluq yardım paketinin qarşısını almağa davam edərsə, Avropa ittifaqı liderləri Macarıstana qarşı sərt mövqe tutmağa hazırdırlar.

"İnterPosta" xəbər verir ki, bu barədə "Bloomberg”ə mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, bazar ertəsi Macarıstan Aİ-nin Ukraynaya mühüm hərbi yardımın çatdırılması üçün yeni fond yaratmaq təklifinə qarşı çıxıb.
Təklif Orbanın dekabrın ortalarında Ukrayna üçün 4 illik maliyyə paketi ilə bağlı qərarı blokladıqdan sonra ortaya gəlib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr Macarıstanın dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, fevralın 1-də Brüsseldə keçiriləcək sammitdə Ukraynaya yardım paketini qəbul etməyə hazırdırlar.

Orban dəstək paketini əngəlləməyə davam edərsə, onu qəbul etmək qalan 26 Aİ ölkəsinin işi olacaq və belə bir ssenariyə hazırlıq artıq tam sürətlə davam edir, Avropa rəsmiləri əlavə edir.

Mümkün ehtiyat variantı, Aİ-nin qalan üzv dövlətlərinin Aİ-nin büdcə prosesindən kənarda Ukraynaya pul verməsidir.

Mənbələr vurğulayıblar ki, Orban bu yolla getməyə qərar verərsə, Aİ Macarıstana qarşı növbəti cəza tədbirlərinə başlaya bilər və bu da onun üzv dövlət kimi səsvermə hüququndan məhrum edilməsinə səbəb ola bilər.

Eyni zamanda, agentlik qeyd edir ki, belə bir ssenari daha geniş qarşıdurmaya səbəb ola bilər, çünki Slovakiyanın baş naziri Robert Fiko daha əvvəl Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etməyə yönəlmiş addımlardan qoruyacağı barədə xəbərdarlıq edib.

Bazar ertəsi Avropa İttifaqının diplomatik rəhbərlərinin Brüsseldəki görüşündən sonra Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook"da yayımladığı videomüraciətdə ölkəsinin Avropa Sülh Fondu kimi tanınan hazırkı maliyyələşdirmə mexanizminin nəzərdən keçirilməsini dəstəkləmədiyini bildirib.

Siyarto bildirib ki, maliyyələşmə məsələsi yanvarın 29-da ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə müzakirə olunacaq. Ukrayna Macarıstan şirkətlərinin beynəlxalq müharibə sponsorları siyahısına daxil edilməyəcəyinə "zəmanət” verərsə, Budapeşt blokun aradan qaldırılmasını nəzərdən keçirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26