Interposta.Info

 

Viktor Orban: “Əvvəllər Macarıstan Moskvanın “tütək sədaları” altında rəqs etməli idisə, indi etməyə də bilər”

Dünya
 24-10-2023, 11:41     23 101

“Avropa İttifaqı keçmiş Sovet İttifaqının zəif imitasiyasıdır”.

Bu sözləri Macarıstan Baş naziri Viktor Orban “M1 TV”də yayımlanan çıxışında deyib.

“Bəli, bəzən tarix sanki təkrarlanır. Xoşbəxtlikdən, ilk dəfə faciə olan ikinci dəfə komediyaya çevrilir”, - deyə Orban bildirib.

O fikrini belə izah edib ki, ilk dəfəsində ölkə Moskvanın “tütək sədaları” altında rəqs etməli idisə, indi, bu “tütəkdə” Brüssel ifa edir və bu halda Macarıstan rəqs edə də bilər, etməyə də.
Viktor Orbanın sözlərinə görə, Avropa İttifaqı Macarıstana təzyiq edir, partiyanın töhməti isə indi qanunun aliliyi proseduru adlandırılır.

O əlavə edib ki, Qərb üçün azadlıq “bir növ qaçışdır”, öz cinsini, milliyyətini və identikliyini dəyişmək imkanıdır, macarlar üçün isə bu, “ürəyin qoparılıb çıxarılmasıdır”.\MK.ru

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26