Interposta.Info

Orban: “Azərbaycan enerji asılılığının aradan qaldırılmasında həlledici ölkədir”

Siyasət
 7-10-2023, 10:06     264

Azərbaycan enerji asılılığının aradan qaldırılmasında həlledici ölkədir.

"Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan olmadan Rusiyadan enerji müstəqilliyinə nail olmaq mümkün deyil.

"Macarıstan artıq qaz tədarükü ilə bağlı Bakı ilə müqavilə imzalayıb”, - Orban vurğulayıb.

Viktor Orban qeyd edib ki, Cənub enerji dəhlizi (Cənub qaz dəhlizi-red) Macarıstan üçün həlledici əhəmiyyət kəsb edir. Onun təhlükəsizliyinin təmin edilməsi prioritetdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26