Interposta.Info

Zalujnının şəxsi köməkçisinin ofisində də dinləmə cihazı aşkar edilib
 

Dünya
 18-12-2023, 13:15     20 142

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının şəxsi köməkçisi olan Konstantin Buşuyevin kabinetində dinləmə cihazı tapılıb.

Mənbə iddia edir ki, general Valeri Zalujnının kabinetində dinləmə cihazı aşkar ediləndən sonra digər yüksəkrütbəli ukraynalı hərbçilərin otaqlarında da axtarışlara başlanılıb.

Nəticədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının şəxsi köməkçisi olan Konstantin Buşuyevin otağında da dinləmə cihazı aşkar edilib.
Qeyd edək ki, hələlik Ukrayna tərəfi mətbuatda dərc edilən bu xəbərləri şərh etmir.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26